SPF :)
BakıGecə səhərə qədər hər şeydən danışdıq. 2 gün sonra SPF bəhanəsi ilə yenidən yazışdıq və hər şey başladı...
Tarixlər, yerlər və arada qalan xırda şeylər.
Gecə səhərə qədər hər şeydən danışdıq. 2 gün sonra SPF bəhanəsi ilə yenidən yazışdıq və hər şey başladı...
Gecə 5-ə qədər danışırdıq. Mən Mingəçevirdəydim. Sevincgil bizdəydilər. Gecə telefonda danışaraq oyun oynayırdıq. Yatmaq istəyəndə icazə vermirdim və əgər yatsan yanımda yatan Haqışı narahat edib oyadacam deyirdim hahaha
O qədər intensiv danışırdıq ki, artıq məni bəyəndiyindən şübhəm yoxuydu amma istəyirdim ki, birbaşa deməyim. Artıq Xırdalandan Neftçilərə səni 5 dəqiqə görmək üçün gəlirəm düş Araz marketə deyəndə hər şey məlum oldu!!!
O xallı barmağa üzüyü mən taxacam!
Yaxşı! Yoxlayaq!
Sabir bir ayrılığa şahid oldu!
"Dumanla haberleşme"-dən sonra ümid dolu bir zəng aldım. Çox vaxt keçmədən ikimiz də Bakıda idik!
Artıq sevgili idik və Caspian Plazanın yanında ilk görüşlərimiz baş tuturdu. İş axtarışı içərisindəydim və nəhayət onun uşaqlığının keçdiyi sevimli liseyi yerləşən Xətai metrostansiyası yaxınlığında çox sevəcəyim işimi tapdım!
Atası oxudu və onu rayona çağırdı! Çox qorxmuşdu amma hər şey yaxşı oldu. Ailəm olay yerinə intikal etdi. Artıq sirrimizi hamı bilirdi və ailələr razılaşmışdı. Beləcə "HƏ" günü təyin edildi.
Teleqüllədə inanılmaz axşam yeməyi! Təkdaş təqdim edildi və HƏ cavabı alındı!
Səadət Sarayı və dost-qohum nikahımıza şahid oldu!
Qız toyu, Xına və nəhaəy Oğlan toyu sonrası bütün bu proseslərin yorğunluğu canımızdan bir anda çıxdı getdi. Artıq sadəcə legal yox həm də legitim ər-arvad olduq!
Planetin uzaq başqa bir küncündə Oceania-nın bir yerində balaca bir adada yığışmış dünyalılar niyə ana yurdumdakılardan daha xoşbəxt idi? Bu xoşbəxtlik bizə də yoluxdu!
Masazır-Xətai arası trayektoriyaya görə dəyişsə də ortalama 25 kilometr götürə bilərik. Orta sürətimiz təxminən 13 km/saat. Səbr kasası yox quyusu! Yollar bizi bezdirdi amma biz tıxaclarda birlikdə vaxt keçirdiyimiz üçün xoşbəxt idik.
Yeni evimizdə hekayəmiz davam edir! Növbəti bölmələri də xoş cümlələrlə yazmağa ümid edirəm.